Yazını böyüt
Yazını kiçilt
Sabirabad şəhər sakini yaşadığı evdə ölü tapılıb.
Hafta.az azertac-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Sabirabad şəhərində qeydə alınıb. Telman Allahverdiyevin meyiti Sabirabad şəhəri Heydər Həmidov küçəsi, dalan 5 ünvanda yerləşən evdə hamam otağında aşkar edilib. Cəsəd Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.